İran peyki orbitə çıxa bilmədi

iran-peyki-orbite-cixa-bilmedi
Oxunma sayı: 1218

İranın bu gün kosmosa göndərdiyi peyk uğursuzluqla nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin informasiya-kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi Tvitter hesabına məlumat verib.

Nazirin sözlərinə görə, “Payam” daşıyıcı raketin üçüncü pilləsində yaranmış problemlə əlaqədar orbitə çıxa bilməyib. 

Qeyd edək ki, daha əvvəl bu raketin kosmik rəsədxana kimi xidmət etməsi planlaşdırılırdı.