İran-PJAK döyüşlərində çoxlu sayda ölən var

iran-pjak-doyuslerinde-coxlu-sayda-olen-var-
Oxunma sayı: 639

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən əldə etdiyi məlumata görə, son bir həftə davam edən əməliyyatlarda həyatını itirən 10 İnqilab Keşikçiləri əsgəri ölkənin müxtəlif şəhərlərində keçirilən mərasimlərlə torpağa tapşırılıb. Lakin bir müddət əvvəl İran tərəfi cəmi bir neçə əsgərin həlak olduğunu demişdi.
Ötən cümə günündən İranın şimal-qərbindəki İraq sərhədində PJAK-a qarşı əməliyyatlarda terror təşkilatının ikinci şəxsi də öldürülüb. İran öz tərəfinin itkiləri barədə bu günə qədər heç bir rəsmi açıqlama verməyib.