İran prezidenti interneti bilməyənləri tənqid etdi- - Video

iran-prezidenti-interneti-bilmeyenleri-tenqid-etdi-
Oxunma sayı: 856


“Qafqazinfo” ANS TV-ə istinadən xəbər verir ki, yeni texnologiyalar dövründə İran dünyaya açılan qapıları bağlı saxlaya bilməz, deyə Ruhani çıxışında fikrini belə izah edib. 

İranda internet ciddi nəzarət altında saxlanılır. Bəzi portal və sosial şəbəkələrə giriş ya məhdudlaşdırılıb, ya da tamamilə qadağan edilib. 

Ötən il hakimiyyətə gələn Həsən Ruhani ölkədə müxtəlif azadlıqların, o cümlədən internetdən istifadə azadlığının təmin olunacağına çalışacağını söz vermişdi.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani deyib ki, bu günkü dünyada interneti və onun işləməsini bilməyən bir kəs mütəxəssis adlana bilməz: “Əgər biz mobil texnologiyalar sahəsində irəli getməsək və buna müqavimət göstərsək, inkişafımız ləngiyə bilər”.