İran prezidenti nazirləri təcili topladı - Tapşırıqlar verdi

iran-prezidenti-nazirleri-tecili-topladi
Oxunma sayı: 2543

Prezident Donald Trampın ABŞ-ın İran ilə Qərb dövlətləri arasında imzalanmış sazişdən birtərəfli qaydada çıxmasını bəyan etdikdən sonra İran Nazirlər Kabinetinin təcili iclası keçirilib.

“Qafqazinfo” prezident Həsən Ruhaninin sədrliyi ilə keçən iclasda İranın bundan sonra atacağı addımlar nəzərdən keçirilib.

H.Ruhani nazirliklərə müvafiq göstərişlər verib.

Məlumat üçün bildirək ki, 2015-ci il iyulun 14-də Vyanada İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında İranın nüvə proqramına dair saziş imzalanmışdı. ABŞ isə sazişi pozaraq bu razılaşmadan çıxdığınaı elan edib.