İran Qərblə əməkdaşlığa hazırdır

iran-qerble-emekdasliga-hazirdir
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, İran prezidenti “Associated Press”ə verdiyi müsahibəsində Barak Obama administrasiyasının hələ vəziyyəti düzəltmək imkanının olduğunu deyib.
İran prezidentinin sözlərinə görə, onun ölkəsi Qərb dövlətləriylə hər cür əməkdaşlığa hazırdır, lakin bu münasibət onlar tərəfindən anlayışla qarşılanmır. “Biz vəziyyəti yaxşılığa doğru dəyişdirməyi çox istəyirik. Mən şəxsi düşüncələrimi Obamaya yollayırdım, amma ondan cavab almadım”, - poçt ilə amerikalı kolleqasına ən azı iki dəfə müraciət etmiş Əhmədinejad şikayətlənib.