İran səfirinə 48 saat vaxt verildi

iran-sefirine-48-saat-vaxt-verildi
Oxunma sayı: 640

İranın Küveytdəki səfirinə ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İran və Küveyt arasında siyasi gərginliyin yaşanmasından sonra bu diplomatların ölkədən çıxması tələb edilib.

İddialara görə, Küveytdə aralarında İran vətəndaşı da olan bir qrup “Hizbullah”a casusluq etməkdə ittiham edilərək tutulub. Buna görə, Küveyt hökuməti İranla əlaqələri yenidən gözdən keçirmək qərarı alıb.

Artıq 15 iranlı diplomat ölkədən çıxarılıb.