İran sərhədində atışma

iran-serhedinde-atisma
Oxunma sayı: 902


“Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, bunu İranın Sistan və Bəluçistan əyalətinin sərhəd polisinin komandiri Rəhambəxş Həbibi deyib. R.Həbibi bildirib ki, qarşıdurma zamanı 2 sərhəd polisi və silahlı qruplaşmanın 2 üzvü həlak olub. Atışmalar zamanı bir neçə silahlı qruplaşma üzvü və polis əməkdaşları yaralanıb. Yaralanmış polis əməkdaşlarının vəziyyəti qənaətbəxşdir. Silahlı qruplaşmanın digər üzvləri Pakistan ərazisinə qaçıb. Onlardan külli miqdarda silah-sursat müsadirə olunub.

Xatırladaq ki, oktyabrın əvvəlində də Sistan və Bəluçistan əyalətində silahlı qruplaşmalar polisə qarşı iki dəfə hücum təşkil etmişdilər. Hücumlar zamanı 4 polis öldürülmüş, 5 polis isə yaralanmışdı.