İran terrora görə o ölkəni günahlandırdı

İran terrora görə o ölkəni günahlandırdı
Oxunma sayı: 3049

İran 11 hərbçinin öldüyü terror aktına görə ABŞ-ı və terrorizmin region üzrə sponsorlarını məsul tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif açıqlama verib. 

“Əcnəbi rejimlər tərəfindən təlim gördürülən, silahlandırılan və maliyyələşdirilən terrorçular Əhvaza hücum etdilər. Ölənlər arasında uşaqlar və gənclər də var. İran bu cür hücumlarda terrorizmin regional sponsorlarını və amerikanlı təlimçiləri günahlandırır” deyə Zərif tvitter hesabında yazıb. 

Nazir əlavə edib ki, İran öz vətəndaşlarını qorumaq üçün tez və qərarlı cavab addımı atacaq. 

Qeyd edək ki, bu gün İranda hərbi paradda naməlum şəxslər atəş açıblar. Nəticədə ölü sayı 11-ə çatıb, 20-dən çox insan yaralıdır. 

Terrora görə məsuliyyəti Səudiyyə Ərəbistanı ilə əlaqəsi olan “Əhvazda vətənpərvər ərəb demokratik hərəkatı” öz üzərinə götürüb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi