İran və Azərbaycan dəmiryolları birləşdiriləcək

iran-ve-azerbaycan-demiryollari-birlesdirilecek
Oxunma sayı: 1797


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Cavanşir Axundov İranın Ərdəbil əyalətinin başçısı Məcid Xudabaş ilə görüşü zamanı iki ölkə arasındakı iqtisadi əlaqələrin qurulmasının vaxtının gəlib çatdığını söyləyib. 

Hər iki ölkə dəmiryollarının birləşdirilməsinə işarə vuran Axundov Ərdəbil dəmiryolu layihəsinin tezliklə tamamlanmasının və Azərbaycan dəmiryolları ilə birləşdirilməsinin ikili iqtisadi münasibətlərə yaxşı təsir göstərəcəyini qeyd edib. 

Görüş zamanı Ərdəbil əyalətinin başçısı Məcid Xudabaşı isə prezidentlərin görüşünün hər iki ölkə və millətlər arasında yaxınlıq əlaqələrinin inkişafına zəmin yaratdığını bildirib.