İran və Səudiyyə arasında yeni gərginlik - Təzminat istəyirlər

iran-ve-seudiyye-arasinda-yeni-gerginlik
Oxunma sayı: 658

Bir-biriylə yola getməyən İran və Səudiyyə Ərəbistanı arasında yeni gərginlik yaranıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl İran balıqçıları Körfəzdə balıq tutarkən Səudiyyə Ərəbistanı sərhədçiləri onlara atəş açıb.

Onlardan biri ölüb, digər üç balıqçı isə səud əsgərlər tərəfindən həbs ediliblər.

Səudiyyə hökuməti balıqçıları İran İnqilab Keşikçiləri Ordusunun əsgərləri kimi qələmə vermiş, onların gəmidə partlayıcı daşıdığını bildirmişdi.

İran hökuməti açıqlama verərək balıqçıların sərbəst buraxılmasını və öldürən balıqçıya görə isə təzminat verilməsini tələb edib.