İran və Səudiyyə Ərəbistanı arasında vasitəçilik təklif edildi

iran-ve-seudiyye-erebistani-arasinda-vasitecilik-teklif-edildi
Oxunma sayı: 1169

Moskvada səfərdə olan İraq Xarici İşlər naziri İbrahim əl-Cəfəri mətbuat konfransı keçirib.

“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, o, İran və Səudiyyə Ərəbistanı arasında İraqın vasitəçilik edə biləcəyini söyləyib.

Əl-Cəfəri, İraqın Rusiyadan hava hücumundan müdafiə sistemləri almaq məsələsində israrlı olduğunu deyib:

“İraq terrorizmlə mübarizədə böyük itkilər verib. Ölkəmiz müdafiə potensialını gücləndirmək üçün mövcud fürsətləri yaxşı dəyərləndirməq haqqına sahibdir. Lakin, ABŞ buna mane olmağa çalışır”.