İran XİN rəhbəri ABŞ-a gedir

iran-xin-rehberi-abs-a-gedir
Oxunma sayı: 931

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-a səfərə gedəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.

Məlumat əsasən, İran XİN rəhbəri Nyu-Yorkda BMT-nin təşkil etdiyi "Davamlı sülh" mövzusunda keçirilən toplantıya qatılacaq.

Toplantı 24 və 25 apreldə BMT Baş Məclisində təşkil olunacaq. Zərif bu toplantıda, eyni zamanda ABŞ-ın Xarici Əlaqələr Şurasında çıxış edəcək. Digər görüşlərin də keçirilməsi nəzərdə tutulur.