Qəzetdən çərşənbə günü Trend-ə bildiriblər ki, saytı dağıtmağa cəhd göstərən haker saytın səhifələrinə ingilis dilində "bu sayt XHat tərəfindən dağıdılıb" cümləsini yazıb.
Saytın mütəxəssislərinin səyi nəticəsində hücumun qarşısı dərhal alınıb, lazımi tədbirlər görülüb. Sonradan aparılmış araşdırmalar nəticəsində məlum olub ki, sayta hücum İran hakerləri tərəfindən həyata keçirilib.
Təsdiqlənib ki, sayta hücum edən 46.225.104.224 nömrəli IP İran İslam Respublikasına aiddir.