İrana səfər edən norveçli nazir istefa verməli olub

irana-sefer-eden-norvecli-nazir-istefa-vermeli-olub
Oxunma sayı: 2014

Norveçdə balıqçılıq təsərrüfatı üzrə nazir məzuniyyətini İranda keçirdiyi üçün istefa verməli olub.

“Qafqazinfo” xəbər verir ki, istefaya səbəb nazir Per Sandberqin səfərlə bağlı hökuməti əvvəlcədən məlumatlandırmaması və təhlükəsizlik qaydalarını pozması olub. 

Sandberq bu ilin iyulunda 28 yaşlı İran əsilli sevgilisi ilə həmin ölkədə dincəlib. O, nazirliyi və hökuməti səfəri ilə bağlı İranda iki gün qaldıqdan sonra məlumatlandırıb. 

Digər qayda pozuntusu isə nazirin səfərə iş telefonunu götürməsi olub. 

Artıq Sandberqin yerinə təyinat da olub.