İranda 24 saat Azərbaycan dilində yayımlanacaq telekanal açılır

iranda-24-saat-azerbaycan-dilinde-yayimlanacaq-telekanal-acilir
Oxunma sayı: 1061


İ.Zərqami bildirib ki, Azərbaycan dilində fəaliyyət göstərəcək televiziya kanalında ölkəmizdə çəkilən televiziya serialları, cizgi filmləri, sənədli filmlər yayımlanacaq.

O əlavə edib ki, televiziya kanalında əsasən Azərbaycanla İran arasındakı əməkdaşlıq, mədəni əlaqələr işıqlandırılacaq: “Bu televiziya kanalı Azərbaycan dilinin inkişafına və mədəni əlaqələrimizin güclənməsinə xidmət edəcək".

İ.Zərqaminin sözlərinə görə, İran “Azerspace-1” peykinin imkanlarından yararlanmaq niyyətindədir: "Səfər çərçivəsində bu barədə ticari danışıqlar aparılıb. İran "Azerspace 1"-dən alacağı 1 transpont vasitəsilə 12 televiziya və radio şəbəkəsinin yayımlanmasını nəzərdə tutur".

O, əlavə edib ki, səfəri çərçivəsində birgə yayım komissiyasının yaranması haqqında razılıq əldə olunub.