İranda 3 şəhər yerlə-yeksan oldu - Ölənlərin sayı artır

iranda-3-seher-yerle-yeksan-oldu-olenlerin-sayi-artir
Oxunma sayı: 644

Agentliyin məlumatına görə, Buşəhr vilayətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
Kaki şəhərinin Bağan kəndi tamamilə dağılıb.

Buşəhr vilayətinin rəhbəri Firudin Həsənvənd bildriib ki, ötən iki saat yarım ərzində hər birinin gücü 4,2 bal olan 30-dan çox təkan baş verib. Zəlzələ nəticəsində Buşəhr vilayətində ümumilikdə 650 nəfər xəsarət alıb, onlardan 70-nin vəziyyəti ağırdır.

"Qonşu 4 vilayətdən xilasetmə qüvvələri cəlb olunub", - o deyib.
Bundan başqa, İran KİV-in məlumatına görə, zəlzələ nəticəsində dağın bir hissəsi parçalanaraq Şonbeh şəhərinə düşüb. Daha güclü dağıntıların da məhz bu şəhərdə olduğu bildirilir. ILNA agentliyinin məlumatına görə, Tasuc da zəlzələdən ən çox ziyan görən şəhərlərdəndir.

ISNA agentliyinin məlumatına görə, zəlzələdən zərər çəkmiş Buşəhr vilayətinə xilasedicilər göndərilib.
Birinci zəlzələnin gücü 6,1 bal təşkil edib. Bundan sonra 5 bal gücündə təkrar təkanlar qeydə alınıb.

"Buşəhr" AES-in layihə rəhbəri Mahmud Cəfəri bildirib ki, zəlzələ stansiyanın işinə heç bir təsir etməyib: "Belə ki, zəlzələ AES-dən 100 km-dən çox məsafədə baş verib, həmçinin stansiyanın 8 bal gücündə zəlzələyə davamlılığı var".

***
İranın Buşəhr şəhərində 6,3 bal gücündə baş vermiş zəlzələ nəticəsində 30 nəfərdən çox adam ölüb. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində ən azı 800 nəfər xəsarət alıb. Təbii fəlakət nəticəsində Kaki, Hormuc və Kenqan şəhərləri tamamilə dağıdılıb.

Hadisə yerinə qonşu vilayətlərdən xilasetmə qüvvələri cəlb olunub.

Qeyd edək ki, zəlzələni episentri Buşəhr Atom Elektrik Stansiyasının 90 kilometrliyinə təsadüf edib və 10 km dərində olub. Yeraltı təkanlar Fars körfəzinin bir neçə ölkələrində hiss olunub.