İranda 5,7 ballıq zəlzələ - 1 ölü, 20 yaralı+ Yenilənib

iranda-57-balliq-zelzele
Oxunma sayı: 890

İranın cənub-qərbində yerləşən Huzistan əyalətinin Məscidi Süleyman şəhərində 5,7 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar İran vaxtı ilə saat 11:30-da qeydə alınıb. 

Zəlzələnin ocağı yerin 17 km dərinliyində yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.

***

“Tasnim” agentliyi xəbər verir ki, zəlzələ nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.