İranda ABŞ-a işləyən 17 casus həbs edilib

İranda ABŞ-a işləyən 17 casus həbs edilib
Oxunma sayı: 558

İran hökuməti ABŞ-a kəşfiyyat xidməti göstərən 17 nəfəri həbs edib.

“Qafqazinfo”nun “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin İnformasiya və Milli Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Həbs olunanlar İran daxilində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə işləməkdə günahlandırılırlar.

Qeyd olunur  ki, həbs prosesləri son 1 il ərzində həyata keçirilib. 

Məlumata görə, saxlanılanlardan bəziləri edam olunacaq, digərləri isə uzun müddətli həbs həyatına məhkum olunacaqlar.

Casuslar ölkənin iqtisadiyyat, nüvə, infrastuktur və hərb sahələrinə yaxın şəxslər olublar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi