İranda ara qarışdı, 3 polis öldürüldü - Video + Yenilənib

iranda-ara-qarisdi-3-polis-olduruldu
Oxunma sayı: 5085

İranın paytaxtı Tehranın cənubunda dini liderin həbsi qarşıdurmaya səbəb olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, etirazlara Gonabadi təriqətinin lideri Nimetullah Reyahinin saxlanılması səbəb olub.

Polis sözcüsü Saed Montazer al-Mehdi, Reyahinin saxlanıldığı bölmənin qarşısında silahlı insidenti olduğunu bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində 3 polis əməkdaşı öldürülüb.

İranın rəsmi İRNA agentliyi isə, nümayişçilərdən birinin avtobusu təhlükəsizlik əməkdaşlarının üzərinə sürdüyünü və 3 polisin öldüyünü qeyd edib.

***
Polis nümayəndəsinin verdiyi məlumata görə, aksiyalar zamanı 8 nəfər saxlanılıb. Hadisə baş verən ərazi nəzarətə götürülüb. Əraziyə əlavə təhlükəsizlik qüvvələri gətirilib.