İranda azərbaycanlı edam olundu

iranda-azerbaycanli-edam-olundu
Oxunma sayı: 4002


APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, Behnam Həkimxani mayın 22-də səhər saatlarında İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərinin həbsxanasında dara çəkilsə də, xəbər yenicə yayılıb.

Məhbus 2005-ci ildə 16 yaşında dostu ilə birlikdə ova gedib. Ancaq təsadüfən açdığı atəş nəticəsində yoldaşını qətlə yetirib. Lakin B.Həkimxani qəsdən adam öldürməkdə təqsirləndirilərək edam cəzasına məhkum edilib. Qurbanın atası bu hökmlə razı olmasa da, anası israrla oğlunun qatilinin dara çəkilməsini istəyib. Bu səbəbdən məhbus 9 illik həbs həyatından sonra 24 yaşında edam edilib. Ancaq həbsxana rəsmiləri onun cəsədini hələ də ailəsinə təhvil verməyiblər.