İranda azərbaycanlılar yaşayan əyalətlərdə kütləvi zəhərlənmə - 11 ölü, 800 yaralı

iranda-azerbaycanlilar-yasayan-eyaletlerde-kutlevi-zeherlenme
Oxunma sayı: 1356

İranda göbələkdən kütləvi zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin infeksion xəstəliklər mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya məlumat verib.  Zəhərlənmədən 11 nəfər ölüb, azı 800 nəfər zəhərlənib. 

Hazırda xəstəxanalarda 230 nəfər qalır, zərərçəkənlərdən üçünə qaraciyər köçürülməsi əməliyyatı edilib. 

Kütləvi zəhərlənmələr Kirmanşah, Kürdistan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Həmədanda qeydə alınıb.