İranda “Böyük Peyğəmbər” mükafatı yaranıb

iranda-boyuk-peygember-mukafati-yaranib
Oxunma sayı: 643

“Qafqazinfo”nun SalamNews-a istinadən verdiyi xəbərə görə, iclasda İran Parlamentinin spikeri Əli Laricani iştirak edib.

İran Ali Mədəniyyət İnqilabı Şurasının katibi Mohber Dezfuli bildirib ki, “Böyük Peyğəmbər” Ümumdünya mükafatı müsəlman alimlərinə veriləcək.

Mükafatın Təşkilat Komitəsində Siyasətin Müəyyənləşdirilməsi Şurası yaradılacaq.

“Böyük Peyğəmbər” Ümumdünya mükafatı hər il müxtəlif ölkələrin elm və texnologiyalar sahəsindəki tanınmış alimlərin şurası tərəfindən təyin olunan prioritetlərə əsasən təqdim ediləcək.

Bu mükafatın pul ekvivalenti dünyadakı ən nüfuzlu beynəlxalq mükafatlardan az olmayacaq”, - Mohber Dezfuli deyib.

İran Ali Mədəniyyət İnqilabı Şurasının katibi məlumat verib ki, “Böyük Peyğəmbər” mükafatı “Vəhdət həftəsi”nin keçirilməsi zamanı təqdim olunacaq.