İranda çirkli havalara görə məktəblərdə tətil elan edilib

iranda-cirkli-havalara-gore-mekteblerde-tetil-elan-edilib
Oxunma sayı: 1266

İranın paytaxtı Tehranda havada çirkliliyin yüksək səviyyədə olmasına görə bütün məktəblərdə tətil elan edilib.

“Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, dövlət açıq havada keçirilməsi planlaşdırılan idman yarışmalarını ləğv edib, dükanların 2 saat əvvəldən bağlanılması və qadın işçilərə izn verilməsi tövsiyə edilib. 

Qeyd edək ki, dünyanın ən çirkli havasına sahib şəhərləri arasında ilk beşliyə daxil olan Tehranda tez-tez bu səbəbdən məktəblərdə tətil elan edilir.