İranda dəhşətli partlayış oldu

iranda-dehsetli-partlayis-oldu
Oxunma sayı: 638

İranın Xuzistan əyalətinin Şüştər şəhərində baş vermiş güclü partlayış nəticəsində üç nəfər, o cümlədən bir qadın xəsarət alıb. Bu barədə çərşənbə axşamı Trend FARS agentliyinə istinadən məlumat verir.

Partlayışın səbəbləri hələ müəyyənləşdirilməyib, lakin güman edilir ki, yaşayış evində məişət qazı partlayıb. Dağıntı təhlükəsi səbəbindən yaxınlıqdakı 14 evin sakinləri təxliyyə edilib. Bunu Şüştər şəhər Yanğınsöndürmə Xidmətinin rəhbəri Mehdi Əyyubi deyib.

Partlayış nəticəsində 10 qonşu bina ziyan görüb. Dörd bina tamamilə dağılıb.

Partlayışın baş verdiyi əraziyə yanğınsöndürən və xilasedicilər göndərilib.

Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir.