İranda eks prezidentin qızı həbs olundu

iranda-eks-prezidentin-qizi-hebs-olundu
Oxunma sayı: 629

“Qafqazinfo”nun məlumatına görə, İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı dövlət əleyhinə təbliğat apardığına görə azadlıqdan məhrum edilib. Bu barədə “IRNA” xəbər agentliyi məlumat yayıb.
Keşmiş millət vəkili olan Faizə Haşimi 2009-cu il prezident seçkiləri zamanı müxalifətin aksiyalarında iştirakda təqsirləndirilərək cari ilin yanvar ayında altı ay müddətinə azadlıqdan məhrum edilmişdi. Bundan sonra ona beş il ərzində istənilən mədəni və siyasi fəaliyyətlə məşğul olmaq qadağan edilmişdi.
O, cəzasını çəkmək üçün ötən gün Tehrandakı Evin həbsxanasına göndərilib.