İranda futbolçular şallaqlanacaq

iranda-futbolcular-sallaqlanacaq
Oxunma sayı: 640

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunlar bir neçə gün əvvəl yerli federasiyanın qərarı ilə futboldan ömürlük uzaqlaşdırılan Nosrati və Rezaeidir. “Persopolis”in futbolçularının qol vurduqdan sonra sevinərkən etdikləri hərəkət “əxlaq normalarına zidd hərəkət” kimi qiymətləndirilmişdi. İran Futbol Federasiyası hər iki futbolçunu 40 min dollar məbləğində cərimələyib. Hakim Veliullah Hüseyni isə Nosrati və Rezaeiyə 2 ay həbs və 74 şallaq cəzası veriləcəyini bildirib.

Ceyhun Əhmədov