İranda güclü qasırğa - 18 nəfər xəsarət aldı

iranda-guclu-qasirga
Oxunma sayı: 1318

İranın Tehran vilayətində güclü yağış və qasırğa səbəbindən 18 nəfər xəsarət alıb.

"Qafqazinfo" İRNA agentliyinə istinadən xəbər verir ki, xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər. Güclü küləyin sürəti saatda 83 kilometr olub. Qasırğa ağacları və elektrik dirəklərini aşırıb, binaların fasadlarını dağıdıb.