İranda güclü zəlzələ olub

iranda-guclu-zelzele-olub
Oxunma sayı: 1277

İranda 4,9 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar Ahvaz şəhərindən 182 kilometr cənub-şərqdə, 10 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat verilməyib.