İranda həbs olunmuş şairimizin kitabı çıxdı

iranda-hebs-olunmus-sairimizin-kitabi-cixdi
Oxunma sayı: 737

“Qafqazinfo.az” saytının kitabxanası seriyası”ndan çap olunan kitabda F.Hüseynin 4 ay ərzində həbsxanada keçən günlərindən – “Edam dəhşəti”, “Qorxu”, “Təbriz həbsxanasına gedənəcən” və s. bəhs olunur. Kitabda günahsız yerə həbs olununa iki insanın həyatından, məhbusların zülmündən və hücrələrin dəhşətindən yazılıb.

F.Hüseyn “Qafqazinfo”ya kitab haqqında məlumat verərək, bunları bildirib: “Bu gün də başda Cənab Prezident İlham Əliyev olmaqla azad olunmağımızda xidməti olmuş hər kəsə təşəkkür edirəm. Kitabın müəyyən hissələri sizin saytınızda dərc olunduğuna görə düşündüm ki, nankorluq etməyim, kitab elə saytın kitabxana seriyasından çap olunsun. Ümid edirəm ki, kitab oxucuların marağına səbəb olacaq”.