İranda helikopter qəzası - Ölənlər var

iranda-helikopter-qezasi
Oxunma sayı: 927

İranın neft şirkətinə məxsus vertolyot Fars körfəzində qəzaya uğrayıb.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata əsasən, helikopterin Lavan adasından Kiş Adasına hərəkət etdiyi bildirilib. Qəza zamanı göyərtədə 5 nəfər olub. Onlardan ikisi həlak olub. Daha 2 nəfər isə itkin düşüb. Yalnız pilot sağ qalıb.

Hadisənin baş vermə səbəbləri məlum deyil.