İranda helikopter qəzaya düşdü - Yaralılar var

iranda-helikopter-qezaya-dusdu
Oxunma sayı: 925

İranın Kərəç şəhərinin yaxınlığında yerləşən Melard rayonunda hərbi helikopter qəzaya düşüb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, İran Hava Qüvvələrinə məxsus helikopter təlim uçuşu həyata keçirərkən texniki nasazlıq baş verib.

Pilot məcburi eniş edərkən helikopter yerə bərk çırpılıb. Hadisə nəticəsində 5 nəfər yaralanıb.

Qəzanın dəqiq səbəbi araşdırılır.