İranda hərbi bazada partlayış olub - Video

İranda hərbi bazada partlayış olub
Oxunma sayı: 704

İranın Dizful şəhərində yerləşən hərbi bazada partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Məlumata əsasən, partlayışa 292-ci briqadanın hərbi anbarında baş verən yanğın səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerində olan hökumət nümayəndəsi vəziyyətin nəzarət altında olduğunu və heç bir təhlükənin olmadığını açıqlayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi