İranda terror qurbanlarının sayı 24 oldu - Video +Yenilənib

iranda-terror-qurbanlarinin-sayi-24-oldu
Oxunma sayı: 13542

İranın Əhvaz şəhərində keçirilən hərbi paradda terror hadisəsi olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər parad zamanı atəş açıblar. Dəqiq say açıqlanmasa da, xeyli insanın öldüyü bildirilir.  Yaralıların sayı barədə məlumat yoxdur.

Qeyd edək ki, bu gün Tehran daxil olmaqla, İranın müxtəlif yerlərində hərbi parad keçirilir. Belə ki, sentyabrın 22-də “Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb.

***

İlkin məlumata görə azı 8 hərbçi ölüb, 20-si yaralanıb. 

***

Terrorda ölənlərin sayı 10-a çatıb. Onlardan biri jurnalistdir. 

***

Ölənlərin sayı 11 oldu. Onların arasında qadınlar və uşaqlar da var. 

***

İranda terror qurbanlarının sayı 24 nəfər olub. Terrorçulardan isə 2-si öldürülüb, daha 2 nəfər axtarışdadır. Terrora görə məsuliyyəti "İslam dövləti" təşkilatı üzərinə götürüb. 

Aysel Kərimova