İranda “instagram” əməliyyatı

iranda-instagram-emeliyyati
Oxunma sayı: 2097

İranda “instagram” əməliyyatı keçirilib.

“Qafqazinfo” “haberler.com”a istinadən xəbər verir ki, Bəndər Abbas şəhərində keçirilən əməliyyat zamanı aralarında 8-i qadın olmaqla, 46 nəfər saxlanılıb.Onlar instaqramda “uyğunsuz” fotolar paylaşmaqda ittiham edilir. Saxlanılanların əksəriyyətinin fotoqraf, gözəllik salonu və şadlıq saraylarında çalışan şəxslər olduğu bildirilib. 

Qeyd edək ki, 2009-cu ildən İranda tvitter və instaqramın istifadəsinə qadağa qoyulub. 

Aysel Kərimova