İranda matəm elan edildi

iranda-matem-elan-edildi
Oxunma sayı: 4385

İranın SANCHI adlı tankerin qəzaya uğraması və 30 iranlının həlak olması ilə bağlı ölkədə matəm elan edilib.

“Qafqazinfo” İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Nazirlər Kabineti qərar alıb.

Qeyd edək ki, Panama bayrağı altında fəaliyyət göstərən SANCHI tankeri Şərqi-Çin dənizində Honkonq yük gəmisi toqquşub.

Qəza nəticəsində neft tankeri alışıb və partlayış baş verib. Tankerdə olan 32 heyət üzvünün 30-u iranlı olub.

Honkonq yük gəmisində olan 21 nəfərin hamısı isə xilas edilib.