İranda nazirin açıqlaması başına bəla oldu - İşdən çıxarıldı

iranda-nazirin-aciqlamasi-basina-bela-oldu
Oxunma sayı: 5842

İranın əmǝk vǝ sosial müdafiǝ naziri Əli Rəbii vǝzifǝsindǝn azad edilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, İran parlamentində impiçment prosesinin sonunda millət vəkilləri nazir Əli Rəbiini vəzifəsindən azad etmək üçün 129 səs yığıblar.

Bu, ötən 11 ay ərzində nazirin üçüncü impiçmentidir.

Xatırladaq ki, Əli Rəbii ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsinin İran xalqı üçün mənfi təsir göstərəcəyini açıqlamışdı:

“Bu məhdudiyyət səbəbindən İranın bir milyon vətəndaşı işsiz qalacaq. ABŞ-ın birtərəfli addımı bizim üçün böyük maliyyə problemi yaradacaq”.

Qeyd edək ki, Rəbii 2013-ci ilin avqust ayından, prezident Həsən Ruhaninin ilk prezidentliyi dövründən bu günə qədər nazir postunda olub.