İranda növbəti güclü zəlzələ

iranda-novbeti-guclu-zelzele-
Oxunma sayı: 644

Zəlzələnin gücü Rixter cədvəli üzrə 5,3 bal olub.
Bugünkü zəlzələ adıçəkilən əyalətdə keçən həftə baş vermiş təkanlar arasında ən güclüsü olub.

Son rəsmi məlumatlara görə, Şərqi Azərbaycan əyalətində son həftə ərzində baş vermiş iki güclü zəlzələ nəticəsində 253 nəfər ölüb, 1380 nəfər yaralanıb.

Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.