İranda Novruz faciəsi, 119 nəfər yaralandı

iranda-novruz-faciesi-119-nefer-yaralandi
Oxunma sayı: 1526

İranda Hicri-şəmsi təqviminə əsasən ilaxır çərşənbədə qeyd edilən “Çərşənbə-suri” bayramında 119 nəfər yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Fars” agentliyinə danışan İlaxır Çərşənbə Komitəsinin rəhbəri Peyman Sabiriyan bildirib. Onun sözlərinə görə, bayram tədbirlərində baş verə biləcək yanğınların qarşısını vaxtında almaq üçün Tehranda 5 min yanğınsöndürən iş başındadır. 

Qeyd edək ki, “Çərşənbə-suri”də xüsusilə, gənclər və uşaqlar bayram tonqallarından atlayır, hava fişəngləri partladır və məşəllər yandırırlar. Ancaq bu bayram tədbiri hər il İranda bir çox insanın ölümünə və yaralanmasına səbəb olur. İranda yeni il (Novruz) martın 21-də başlayır.