İranda ölənlərin sayı 28 nəfərə çatdı - Yenilənib

İranda ölənlərin sayı 28 nəfərə çatdı
Oxunma sayı: 4151

İranda etiraz aksiyaları zamanı ölənlərin sayı artıb. 

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, etirazların beşinci günündə ölü sayı artıq 22 nəfərə çatıb.

Dövlət televiziyası yaydığı məlumatda qeyd edib ki, ölənlər arasında 11 yaşlı uşaq da var.

***

İranda mitinqlər bu gün də davam edir.

Mitinqlərdə ölənlərin sayı 28 nəfərə çatıb. Ölkənin Beynəlxalq Təhlükəsizlik Şurasının katibi Əli Şamhani baş verən proseslərdə ABŞ, İngiltərə və Səudiyyə Ərəbistanını günahlandırıb.

Prezident Ruhani isə İranda heç bir mitinq iştirakçısının xarici ölkədən əmr almadığını bəyan edib.

O, həmçinin etiraz edən insanların tək probleminin iqtisadi olmadığını vurğulayıb: “Həmin insanlar daha çox azad olmaq istəyindədirlər”- deyə bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi