İranda polis bölməsinə hücum - 3 ölü, 1 yaralı

iranda-polis-bolmesine-hucum
Oxunma sayı: 1741

İranın cənubunda yerləşən Hormozqan vilayətində polis bölməsinə silahlı hücum edilib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 polis ölüb, daha ikisi isə yaralanıb.

Xəstəxanaya yerləşdirilən polislərdən biri xəstəxanada dünyasını dəyişib.

İran hüquq-mühafizə orqanları hücum edən şəxsləri axtarır.