İranda qadınların stadiona girişinə ilk rəsmi izn verildi - 39 il sonra

iranda-qadinlarin-stadiona-girisine-ilk-resmi-izn-verildi
Oxunma sayı: 1808

İranda qadınların kişilərlə bərabər stadionda futbol izləməsinə rəsmən icazə verilib. 

“Qafqazinfo” xəbər verir ki, İran hökuməti 1979-ci ildən bu yana ilk dəfədir ki, qadınlara kişilərlə birgə futbola baxmağa icazə verib. Ölkə tarixində yenilik sayılan hadisə ilk dəfə Tehranda yerli stadionlardan birində DÇ-də İran-İspaniya oyununun canlı yayımı zamanı qeydə alınıb. Matçı izləmək üçün qadınlar arenaya axın ediblər. Əvvəlcə onları içəri buraxmasalar da, oturaq etirazdan sonra tribuna qadınlara açılıb.

Aysel Kərimova