İranda qəzaya uğrayan təyyarənin qalıqları tapılıb

iranda-qezaya-ugrayan-teyyarenin-qaliqlari-tapilib
Oxunma sayı: 971

Mütəxəssislər ötən həftə sonu qəzaya uğrayan İran sərnişin təyyarəsinin qalıqlarını tapıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran  KİV-i məlumat yayıb. Lakin rəsmi mənbələr “Aseman Airlines” şirkətinə məxsus təyyarənin qalıqlarının tapılması ilə bağlı xəbərləri təsdiq etməyiblər. 

Qeyd edək ki, İranın dağlıq bölgəsində qəzaya düşən təyyarənin axtarışlarına ötən gündən başlanılıb. Lakin pis hava şəraiti ilə əlaqədar olaraq axtarışlar gecə dayandırılıb.

Xatırladaq ki, qəzada təyyarənin göyərtəsində olan 66 nəfərin hamısı ölüb.