İranda saxta içkidən 43 nəfər zəhərlənib, 6-sı ölüb

iranda-saxta-ickiden-43-nefer-zeherlenib-6-si-olub
Oxunma sayı: 787

İranın İsfəhan şəhərində saxta içkidən 6 nəfər ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İsfəhan Tibb Elmləri Universitetinin rektoru Tahire Çengiz bildirib ki, son günlər şəhərdə saxta içkidən 43 nəfər zəhərlənib, onlardan 6-sı dünyasını dəyişib. 

Qeyd edək ki, İranda spirtli içkinin satışı və istehsalı qadağan olunsa da, bu cür içkilər qaçaqmal yoluyla ölkəyə gətirilir və ya bəzi evlərdə, sexlərdə istehsal olunur. Yerli qanunlara görə, spirtli içki istehsal edən, alan və satışını həyata keçirənləri həbs və ya qamçı cəzası gözləyir.