İranda sərnişin təyyarəsi qəzaya düşdü - 66 nəfər öldü+ Yenilənib

iranda-sernisin-teyyaresi-qezaya-dusdu
Oxunma sayı: 5274

İranda Tehran-Yasuc reysini həyata keçirən təyyarə qəzaya düşüb.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində 60 sərnişin olub.

“Aseman Airlines” şirkətinə məxsus təyyarə İsfahan əyalətində qəzaya düşüb.

***

“Press TV”nin məlumatına görə, sərnişinlərin və ekipaj üzvünün taleyindən xəbər yoxdur. Göyərtədə olan bir neçə şəxsin yaşama ehtimalı istisna olunmur.

***

“IRNA” agentliyinin məlumatına görə, “ATR 72-50” tipli təyyarə havaya qalxandan 50 dəqiqə sonra radarlardan itib. 

***

“ISNA” agentliyinin məlumatına görə, təyyarədə olan 60 sərnişin və 6 ekipaj üzvü həlak olub.

***

“Tasnim” agentliyi xəbər verir ki, təyyarə Padema dağının yaxınlığında qəzaya düşüb. Təyyarənin 20 illik olduğu bildirilir.