İranda təyyarə qəzası - Ölənlər var

iranda-teyyare-qezasi
Oxunma sayı: 1438

İranın paytaxtı Tehrandakı İmam Xomeyni hava limanı yaxınlığında yüngül mühərrikli təyyarə təlimdə olarkən qəzaya düşüb.

“Qafqazinfo” İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Fövqəladə Hallar Qurumunun sözcüsü Müctəba Xalidi məlumat verib.

Onun sözlərinə görə, texniki nasazlıq səbəbindən baş verən qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib.