İranda tutulanların sayı artdı

iranda-tutulanlarin-sayi-artdi
Oxunma sayı: 643

Sentyabrın 18-də həmin ittihamla kinorejissorlar Muctaba Mir Təhmasib, Hadi Afəridə, Kətayun Şəhabi, Mehrdad Zahediyan və Nasir Səfariyan tutulmuşdu.

“Media forum” saytının məlumatına görə, bəzi hüquq müdafiəçiləri kinorejissorların kütləvi həbsini İranın dini lideri ayətullah Əli Xamneyinin siyasi həyatından bəhs edən sənədli filmin bir neçə gün əvvəl BBC-nin farsdilli televiziyasında yayılması ilə əlaqələndirir.

Filmdə İran İslam İnqilabından əvvəl o qədər də tanınmış ruhanilərdən olmayan ayətullah Əli Xamneyinin inqilabdan sonra Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun indiki rəisi ayətullah Haşimi Rəfsəncaninin yardımı və vasitəçiliyi ilə inqilab rəhbəri ayətullah Xomeyniyə yaxınlaşmasından, onun etimadını qazandıqdan sonra müxtəlif vəzifələrə gətirilməsindən, həmin ərəfədə öz siyasi rəqiblərini meydandan çıxarmasından, Xomeyninin ölümündən sonra mütləqiyyətə söykənən vəliyyi-fəqih vəzifəsinə gətirilməsindən, sonunda isə ölkədə diktatorluq rejimini möhkəmləndirərək totalitar sistem yaratmasından bəhs edilir.