İranda Yeni nüvə obyekti istifadəyə verilib

iranda-yeni-nuve-obyekti-istifadeye-verilib
Oxunma sayı: 643

APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran Atom Enerjisi Təşkilatının sədri, vitse-prezident Firudin Abbasi bildirib.

Onun sözlərinə görə, Kərəc nüvə obyekti işlək şüaların mərkəzi qütbü olaraq seçilib: “Bu gün də ölkənin şimal-qərbində yerləşən Binab işlək şüalar tədqiqat müəssisəsində qamma daşıyıcıları şüalanması sistemini açdıq. Lazımi imkan və təchizatlara malik olan Binab nüvə obyekti də ölkənin şimal-qərb şöbəsi kimi müəyyənləşib və qonşu 5 vilayəti öz xidmət dairəsinə alır. Binab tədqiqat obyektinin əsas vəzifəsi nüvə nailiyyətlərini əhalinin həyatına daxil etməkdir”.