İranda yol qəzasında 3 Azərbaycan vətəndaşı ölüb

iranda-yol-qezasinda-3-azerbaycan-vetendasi-olub
Oxunma sayı: 2939

İranın Ərdəbil əyalətinin şimalında Parsabad – Cəfərabad magistral yolunda baş vermiş yol qəzasında 3 Azərbaycan vətəndaşı həyatını itirib.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, avqustun 31-də  günün ikinci yarısında  Parsabad-Cəfərabad magistral yolunun Əcirlu bölgəsində iki minik avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
 
Ərdəbil əyalətinin yol polis rəisi general Höccət Fəttahi açıqlamasında bildirib ki, “Peugeot” markalı minik avtomobili ilə  Azərbaycan vətəndaşının idarə etdiyi “Land Cruise” markalı avtomobil toqquşub: “Hadisə nəticəsində ölənlərin hər üçü Azərbaycan Respublikası vətəndaşıdır.”
 
Onun sözlərinə görə, yaralılar Parsabad şəhər xəstəxanasına çatdırılıb.

Yaralılardan 3 nəfər Azərbaycan vətəndaşıdır və hazırda xəstəxanada müalicə alırlar. Vəziyyətləri qənaətbəxşdir.