İranda yoqa ilə məşğul olan 30 nəfər həbs edildi

İranda yoqa ilə məşğul olan 30 nəfər həbs edildi
Oxunma sayı: 853

İran polisi yoqa ilə məşğul olan 30 nəfər kişi və qadını həbs edib.

“Qafqazinfo” “BBC”yə isitnadən xəbər verir ki, yoqa drsləri Qorqan şəhərində xüsusi evlərin birində aparılırmış. Həbsin başlıca səbəbləri kimi bu meditasiya növü ilə məğul olmaq üçün lisenziyanın olmaması, məşqçinin sosial şəbəkələrdə aktiv reklam fəaliyyəti, qadın və kişilərin birlikdə məşq etməsi göstərilir. Prokurorluqdan verilən məlumata görə, üstəlik, yoqa zamanı kişilər və qadınlar islam ideologiyasına uyğun geyimdə olmayıblar.

Qeyd edək ki, İran qanunvericiliyi professional şəkildə yoqa ilə məşğul olmağı qadağan edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi