İranda 4,1 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri İranın cənub-qərbində, Xuzestan vilayətinin Mianrud şəhərində qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 25 km olub.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.